Menyu

“Borussiya Dortmund” Konstantelias üçün 32 milyon avro ödəyəcək

Operativ Media
“Borussiya Dortmund” Konstantelias üçün 32 milyon avro ödəyəcək

Almaniyanın "Borussiya Dortmund" klubu yunanıstanlı futbolçu Yannis Konstanteliasın heyətə cəlb olunması məsələsində PAOK klubu ilə ortaq məxrəcə gəlib.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Mənbə bildirib ki, tərəflər arasında müqavilə şərtləri razılaşdırılıb və yaxın vaxtlarda rəsmi sənədlərin imzalanması, eləcə də klubun açıqlamasının yayılması gözlənilir. Transferin ümumi dəyəri bonuslar daxil olmaqla 32 milyon avro təşkil edəcək, PAOK həmçinin futbolçunun gələcək satışından 15 faiz pay alacaq.

​İlkin ödəniş məbləği 26 milyon avro müəyyənləşdirilib, qalan vəsait isə əlavə şərtlər yerinə yetirildikcə ödəniləcək. Qeyd edək ki, yarımmüdafiəçi bazar günü Dortmund şəhərində olub və tibbi müayinənin ilk mərhələsini uğurla başa vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər