“Sumqayıt”ın portuqaliyalı baş məşqçisi tarixə düşdü
Operativ Media
Misli Premyer Liqasının I turu legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Filipe Kandido “Sumqayıt”ı “Neftçi” ilə ev matçına çıxarıb.
Operativ Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandası 1:3 hesabı ilə məğlub olub. O, ölkə çempionatları tarixinə yüksək dəstədə baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən 71-ci əcnəbi mütəxəssis olub.
Filipe Kandido Premyer Liqada 2-ci portuqaliyalıdır. Onadək Jorje Kaşkilya ötən mövsümdə “İmişli”yə rəhbərlik edib. O, “Sumqayıt”ın 4-cü legioner baş məşqçisidir. Cari mövsümədək Bernard Raab, Aleksey Baqa və Saşa İliç də “Gənclik şəhəri” təmsilçisinə rəhbərlik edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net