Menyu

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb

Operativ Media
Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.

Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər