Menyu

"Sumqayıt"ın futbolçusu əməliyyat olunacaq

Operativ Media
"Sumqayıt"ın futbolçusu əməliyyat olunacaq
1 dəq oxu

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Sumqayıt”ın heyətində “Neftçi”yə(1:3) qarşı görüşdə qırmızı vərəqə alaraq meydandan qovulan Səbuhi Abdullazadə bundan sonra stadionun şüşə qapısına təpik atıb və ayağından xəsarət alıb.

Operativ Media  Sportal.az-a istinadən xəbər verir ki, onun zədəsi ciddi olduğundan xəstəxanaya aparılıb və futbolçu bu gün əməliyyat olunacaq.

Klubun həkimləri Abdullazadənin karyerasının təhlükədə olmadığına bildirib. Halbuki 24 yaşlı futbolçunun karyerasını bitirmək təhlükəsi olduğu iddia edilirdi. Futbolçunun bərpa prosesinin uzun çəkəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər