Batrakovun “Qalatasaray”a keçidi agent komissiyasına görə ləngiyir
Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Batrakovun Türkiyənin "Qalatasaray" klubuna keçidi agent komissiyaları səbəbindən ləngiyir.
Operativ Media xəbər verir ki, türkiyəli jurnalist Kadir Çətinçalının məlumatına görə, 21 yaşlı futbolçunun nümayəndələri İstanbul təmsilçisinin çətin vəziyyətdə olduğunu anlayaraq bu məqamdan öz xeyirləri üçün istifadə etməyə çalışırlar.
İnsayder Nikolo Skiranın yaydığı xəbərə əsasən, tərəflər arasında 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanacaq və transfer dəyəri bonuslar nəzərə alınmadan 25 milyon avro təşkil edəcək. Daha əvvəl "Fotomac" nəşri oyunçunun Türkiyə klubunda ildə 3,5 milyon avro qazanacağını, bu məbləğin əlavə bonuslarla arta biləcəyini yazıb.
Bununla belə, "Sport-ekspress" qəzeti "Lokomotiv"in baş məşqçisi Mixail Qalaktionovun bu keçidə razılıq verdiyini, lakin baş direktor Boris Rotenberqin komandanın liderinin satışının qəti əleyhinə çıxdığını bildirib.
Xatırladaq ki, 2024-cü ilin yanvarından "dəmiryolçular"ın şərəfini qoruyan gənc oyunçunun Rusiya klubu ilə mövcud müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun transfer qiymətini 28 milyon avro dəyərləndirir.