Menyu

"Zirə"nin müdafiəçisi 100-ə çatdı

Operativ Media
"Zirə"nin müdafiəçisi 100-ə çatdı

Misli Premyer Liqasının I turu Ruan Renato üçün əlamətdar olub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi “Zirə”nin heyətində 100-cü çempionat matçına çıxıb. 2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu matçlarda 13 qola imza atıb.

Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə iki fərqli klubda “100”ü keçib.

1. Flavinyo (“Neftçi”) - 133

2. Dodo (“Qəbələ”) – 131

3. Denis Silva (“Neftçi”) – 116

4. Denis Silva (“Şamaxı”) – 113

5. Ruan Renato (“Zirə”) – 100

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda “Qarabağ”da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin sabiq futbolçusu olub və legioner statusu daşımayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər