Menyu

Qurban Qurbanov: "Tvente" ilə oyuna düzgün hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı

Operativ Media
Qurban Qurbanov: "Tvente" ilə oyuna düzgün hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı

"Qarabağ" sabah UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyununa çıxacaq.

Operativ Media xəbər verirki, Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Tvente" ilə səfər matçından əvvəl keçirilən mətbuat konfransında komandanın hazırlıq prosesi və gözləntiləri barədə danışıb.

Təcrübəli mütəxəssis ilk oyunun səfərdə, əvvəldən tanıdıqları rəqibə qarşı olacağını xatırladaraq, stadionun şəraitini və azarkeş dəstəyini yüksək qiymətləndirib:

"Çox yaxşı stadiondur, azarkeş dəstəyi yüksəkdir və bizim həmin stadionla bağlı xoş xatirələrimiz var. İnanıram ki, futbolçularımız yenə əllərindən gələni edərək yaxşı nəticə ilə qayıtmağa çalışacaqlar".

​Hazırlıq prosesində bəzi çətinliklərlə üzləşdiklərini etiraf edən baş məşqçi sıx qrafikə diqqət çəkib:

"Bəzi problemlərimiz var. Oyuna düzgün hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Fikrimizi həm də çempionatın ilk oyununa yönəltmişdik və kifayət qədər gərgin qrafikdə çalışırdıq. Buna görə də bütün futbolçularla birlikdə normal məşq keçmək imkanımız olmayıb".

​Səfər qrafiki barədə məlumat verən Q.Qurbanov komandanın bərpa prosesinə toxunub: "Bu gün proqram üzrə komandanın istirahət günü idi. Futbolçulara bir qədər dincəlmək lazım idi. Sabah səhər, inşallah, sağ-salamat çatacağıq və məşqimiz olacaq. Həmin məşqdə çalışacağıq ki, komandanı oyuna tam hazırlayaq".

​Sonda mövcud çətinliklərin arxa plana keçdiyini vurğulayan baş məşqçi komandasına inandığını bildirib: "Mövcud problemləri nəzərə almadan bütün fikrimizi oyuna yönəltmişik. İnanıram ki, futbolçularımızın təcrübəsi onlara qarşılaşmada düzgün oyun qurmağa və özlərini ən yaxşı şəkildə göstərməyə kömək edəcək".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər