Menyu

Direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu müddəti uzadılıb

Operativ Media
Direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu müddəti uzadılıb

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Operativ Media xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, avqustun 18-i 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər