4-cü Özbəkistan – Azərbaycan Regionlararası Forum keçirilib
Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, birgə fəaliyyətin şaxələndirilməsi və regional bağlantıların möhkəmləndirilməsi imkanları müzakirə edilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, Özbəkistana işgüzar səfər çərçivəsində Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə IV Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak edilib.
Görüşdə sənaye, investisiya, ticarət, enerji, nəqliyyat-tranzit, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da şaxələndirilməsinin vacibliyi vurğulanıb.
dəqiqələr içində saytın olsun.