Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
Nərmin Qocamanlı
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə Azərbaycan Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işləri və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını nəzərdən keçirdik", - nazir qeyd edib.
Qeyd edək ki, Mikayıl Cabbarov Özbəkistanda səfərdədir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma