Menyu

Özbəkistan və Azərbaycan 500 milyon dollarlıq fond yaradır - YENİLƏNİB

Nərmin Qocamanlı
Özbəkistan və Azərbaycan 500 milyon dollarlıq fond yaradır - YENİLƏNİB

 

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş" imzalanıb"

"Operativ Media" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.

"Sənəddə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir", - nazir bildirib.

***

15:06

Özbəkistan və Azərbaycan 500 milyon dollarlıq birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası saziş imzalayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.

Sənədləri Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar.

Daşkənddə keçirilən Forum çərçivəsində investisiya, regionlararası əməkdaşlığın inkişafı, sahibkarlıq, dağ-mədən sənayesi və şərabçılıq sahələrində 11 sənəd imzalanacaq.

 

Teqlər:

"Özbəkistan Azərbaycan 500 milyon dollarlıq fond yaradır - YENİLƏNİB"

Əlaqəli Xəbərlər