Menyu

Azad sahibkarlığın inkişafında sosial medianın rolu

Nərmin Qocamanlı
Azad sahibkarlığın inkişafında sosial medianın rolu

Son illərdə sosial media platformaları təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də sahibkarlıq fəaliyyətinin aparılması və tanıdılması üçün effektiv alətə çevrilib. 

Azad sahibkarlar məhsul və xidmətlərini daha geniş auditoriyaya çatdırmaq, brend tanıtımı aparmaq və müştəri bazasını genişləndirmək üçün sosial medianın təqdim etdiyi imkanlardan aktiv şəkildə istifadə edirlər.

Bununla belə, bu sahədə bəzi risklər də mövcuddur – məlumat təhlükəsizliyi, yanlış reklam strategiyaları və hüquqi boşluqlar kimi. Bütün bunlar azad sahibkarlığın inkişafında sosial medianın rolunu daha dərindən analiz etməyi zəruri edir.

Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşması əsas prioritetlərdən biridir:

Vüqar Bayramov: İstehlak kreditlərinin həcmində artımlar ümumi kredit  portfeli ilə müqayisədə çoxalıb

"Bu istiqamətdə dövlət tərəfindən dəstəyin nümayiş etdirilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması müşahidə olunur.

Sosial media yalnız məlumatların insanlara çatdırılması deyil, eyni zamanda azad sahibkarlığın inkişafında da xüsusi rola malikdir. Çünki, sosial media vasitəsilə məlumatların bölüşdürülməsi, bəzi xidmətlərin nümayiş etdirilməsi mümkündür.

Azad sahibkarlar üçün praktik olaraq böyük sektordur. Ona görə də inkişaf etmiş ölkələrdə biz sosial medianın azad sahibkarlıqda inkişafını görürük."

Deputat bildirib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən irəliləyişlər müşahidə olunmaqdadır. Azad sahibkarlıq sosial media vasitəsilə xidmətlər təklif etdiyinə görə, qarşılıqlı bir-birilərinin inkişafını dəstəkləyirlər. 

Onun sözlərinə görə, bu prosesin daha da sürətlənməsi üçün insanların sosial mediaya inamı vacibdir: “Çünki istehlakçılar sosial medianın təqdim etdiyi məlumatlara və xidmətlərə nə qədər çox güvənərsə, azad sahibkarlar da sosial media ilə əməkdaşlıq etməyə bir o qədər həvəsli olacaqlar.”

Mövzu ilə bağlı Operativ Media-ya danışan "Harada Media" şirkətinin təsisçisi, marketoloq Cavid Süleymanlının sözlərinə görə, hazırda Azərbaycanda hər bir vətəndaş istənilən sahədə sahibkarlıqla məşğul olaraq uğur qazana bilər:
 

"Bu gün sosial şəbəkələrin inkişafı göstərir ki, sahibkarlıq və sosial media arasında ikitərəfli əlaqə mövcuddur. Yəni həm sosial media üzərindən məhsullarını reklam edərək uğur qazanan sahibkarlar, həm də sosial mediada görüb həvəslənərək sahibkarlığa başlayan insanlar mövcuddur".

O qeyd edib ki, hazırkı dövrdə sosial medianın inkişafı sahibkarlara bir çox üstünlüklər təqdim edir: “Əlbəttə, bunun müəyyən riskləri də var və bu risklər sektordan asılı olaraq dəyişir.

Məsələn, qida sektorunda risklər daha yüksək ola bilər. Hər hansı bir şəxs ət və ya kolbasa məhsullarının satışı ilə məşğuldursa, sosial mediada yayılan mənfi xəbərlər onların işinə ciddi təsir göstərə bilər. Yəni risk sahədən asılıdır. Amma geyim və digər əşyaların satışında sosial media sahibkarlar üçün böyük üstünlükdür. Burada ən mühüm amillərdən biri sahibkarların potensial müştəri kütləsini yaxşı tanımasıdır".

Marketoloq bildirib ki, hazırda hər hansı bir video çox insanın qarşısına çıxırsa, bu onun kommersial dəyərə malik olduğunu göstərmir: "Kommersial dəyər yalnız o zaman yaranır ki, videonu izləyənlər potensial alıcılar olsun. Sahibkarlar öz müştəriləri ilə səmimi olmalıdırlar ki, potensial alıcılar mənfi situasiyalardan təsirlənməsin".

mediad%C4%B1in.jpg

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ azad sahibkarlığın və liberal
iqtisadiyyatın təşviqi istiqaməti üzrə hazırlanıb.

Şəfa Hüseynli

Teqlər:

"Azad sahibkarl\u0131\u011f\u0131n inki\u015faf\u0131nda sosial median\u0131n rolu"

Əlaqəli Xəbərlər