Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Balıkesirin Sındırqı rayonunda baş vermiş zəlzələ ilə əlaqədar açıqlama verib.
Operativ Media xəbər verir ki, nazir hazırda ərazidə araşdırma aparıldığını, dağıntı və tələfat barədə isə yaxın saatlarda ətraflı məlumat veriləcəyini deyib.
“Balıkesirin Sındırgı bölgəsində baş verən və ətraf vilayətlərdə də hiss olunan 6,1 bal gücündə zəlzələ ilə bağlı Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) və aidiyyəti qurumlarımızın bütün komandaları dərhal sahə araşdırmalarına başlayıblar. Hadisənin gedişatını yaxından izləyirik. Zəlzələdən zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik”, - o bildirib.
00:02
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, AFAD-ın ilkin məlumatına görə, yeraltı təkanlar yerin 6 kilometr dərinliyində qeydə alınıb.
Güclü zəlzələ İstanbul, İzmir, Bursa və ətraf bölgələrdə də aydın şəkildə hiss olunub.
23:52
İstanbul və ətraf əyalətlərdə zəlzələ olub.
Operativ Media xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Zəlzələ Bakı vaxtı ilə 23:49-da qeydə alınıb.






