“Fərdi səhvlərimiz olmasa, hesab belə olmazdı”
Bu sözləri Operativ Media-ya açıqlamasında MOİK klubunun qapıçısı Zeynal Əhmədzadə Azərbaycan Kubokunun 2-ci turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.
O, görüşlə bağlı fikirlərini belə ifadə edib:
“Komandaların səviyyə fərqi məlumdur. Biz yenə də komanda şəklində bacardığımızı etdik. Fərdi səhvlərimiz olmasa, hesabın belə olacağını düşünmürəm".
Rəqib hücumçusu Abubakar haqqında da danışan Əhmədzadə onun səviyyəsini yüksək qiymətləndirib:
“Abubakar səviyyəsi dünyaya məlum olan futbolçudur. Qollarda onun ustalığı nə qədər böyük olsa da, əgər top yaxın küncdən qapıma daxil olubsa, deməli, mənim də səhvim var".
Gənc qapıçı komandanın I Liqadakı hədəflərindən də söz açıb:
“Hədəfimiz ilk ‘üçlük’də olmaqdır. Düzdür, komanda çempionata istədiyi kimi başlamadı, amma hazırda yaxşıya doğru gedirik. İnanıram ki, mövsümün sonunda daha yüksək pillələrdə qərarlaşacağıq".
Əhmədzadə I Liqada süni örtüklü stadionların yaratdığı çətinliklərə də toxunub:
“Azərbaycan I liqasında stadionların süni olması və sulanmaması oyunun sürətinə çox təsir edir".






