Menyu

"Azparking" qiymətləri bahalaşacaq?

Operativ Media
"Azparking" qiymətləri bahalaşacaq?

Azərbaycanda AYNA tərəfindən təşkil edilən "Azparking" - parklanma xidmətinin qiymətinə baxılması məsələsi yenidən gündəmə gəlib. 

Ekspertlər hesab edirlər ki, yaxın vaxtlarda Bakıda parkinq qiymətləri bahalaşa bilər. 

Xüsusən qeyd olunur ki, Tiflisdə mərkəzi zonalarda parklanma qiyməti 1 saat üçün 2 manat təşkil etdiyi halda Bakıda 1 manatdır. 

Bəs Bakıda mərkəzi hissələrdə parklanma qiymətləri bahalaşa bilərmi?

"Operativ Media" xəbər verir ki, bununla bağlı "İnsan Yönümlü Şəhərlər" kanalına açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev cavab verib. 

Ekspert bildirib ki, insanları zəruri hallar olmadıqda mərkəzi hissələrə avtomobillə gəlməkdən çəkindirən önəmli məsələlərdən biri parkinq qiymətləridir.

O qeyd edib ki, parkinq qiymətinin qalxması gözləniləndir. 

Məsələ ilə bağlı AYNA-nın nümayəndəsi Samir Cəlladov isə qeyd edib ki, qiymət siyasəti AYNA tərəfindən tənzimlənmir.

Qeyd edək ki, Bakıda bir müddət əvvəl yeraltı dayanacaqlarda, molların dayanacaqlarında parkinq qiymətləri bahalaşıb.

Əlaqəli Xəbərlər