Meksikada şəhər meri güllələnib
Operativ Media

Meksikanın Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü mərasimində güllələnərək qətlə yetirilib.
Operativ Media xəbər verir ki, bu barədə "Milenio" saytı məlumat yayıb.
“Uruapan şəhərinin meri Karlos Manso Ölülər Günü ilə bağlı keçirilən tədbir zamanı silahlı hücum nəticəsində öldürülüb”, - deyə məlumatda bildirilir.
Nəşrin məlumatına görə, siyasətçi altı güllə yarası alıb və xəstəxanaya aparılıb. Həkimlər onu xilas edə bilməyiblər.
Əməliyyat nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri saxlayıb, digər silahlı isə ölüb.
Hadisənin digər təfərrüatı məlum deyil.