Menyu

Ermənistanda sərnişin avtobusu dərəyə aşıb - YENİLƏNİB

Operativ Media
Ermənistanda sərnişin avtobusu dərəyə aşıb - YENİLƏNİB

Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

19:09

Ermənistanın Tavuş vilayətinin Aqarçin kəndində sərnişin avtobusu dərəyə düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb.

Bildirilib ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İlkin məlumata görə, avtobusda Valeri Bryusov adına İrəvan Dövlət Universitetinin tələbələri olub.

Əlaqəli Xəbərlər