Rusiya sərhədi yaxınlığında 250 kiloqramlıq bomba tapılıb
Operativ Media
“Postimees” qəzeti yazır ki, Estoniyada Rusiya sərhədi yaxınlığında təsadüfən 250 kiloqramlıq aviabomba aşkar edilib.
Operativ Media-nın məlumatına görə, nəşrin internet saytında yerləşdirilən xəbərdə bildirilir ki, həyəcan mərkəzinə meşədə gəzən şəxsin böyük partlayıcı qurğu tapması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri bunun aviabomba olduğunu müəyyən ediblər.
Hesabatda sursatın hansı ölkədə və nə vaxt istehsal olunduğu qeyd olunmayıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər onu məhv etmək niyyətindədirlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net