Əfqanıstanda zəlzələ nəticəsində 20 nəfər ölüb - YENİLƏNİB 2

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Hadisə zamanı 300-dən çox insanın xəsarət aldığı bildirilir.
***
07:07
Əfqanıstanın şimalında baş verən 6,3 maqnitudada zəlzələ nəticəsində azı yeddi nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters agentliyi məlumat yayıb.
Yerli səhiyyə idarəsinin məlumatına görə, daha 150 nəfər yaralanıb.
Bundan əvvəl Balx əyalətinin qubernatorunun sözçüsü Hacı Zayed dörd nəfərin öldüyünü bildirib.
ABŞ-nin Geologiya Xidməti Əfqanıstanın Hindquş dağlarında 6,3 maqnitudada zəlzələnin baş verdiyini bildirib. Məlumata görə, zəlzələnin episentri təxminən 523 000 insanın yaşadığı Məzari-Şərif şəhərindən 37 kilometr şimal-qərbdə, episentr 10 kilometr dərinlikdə yerləşib.
***
05:33
Əfqanıstanın şimalında 6,3 maqnitudada zəlzələ olub.
Bu barədə Operativ Media Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat verir.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:58-də (Bakı vaxtı ilə saat 00:28) Balx əyalətinin şimalındakı Məzari-Şərif şəhərindən 45 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.