Menyu

Yeni ildən vergi və sosial sığorta qanunvericiliyində nələr dəyişir? - DETALLAR

Operativ Media
Yeni ildən vergi və sosial sığorta qanunvericiliyində nələr dəyişir? - DETALLAR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2026-cı ilin büdcə - vergi siyasəti çərçivəsində vergi və sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklər barədə təqdimat hazırlanıb.

Operativ Media xəbər verir ki, təqdimatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov diqqətə çatdırıb.

Sənəddə fiskal sabitliyin qorunması, qeyri-neft sektorunun inkişafının dəstəklənməsi və sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan əsas islahat istiqamətləri əksini tapıb.

Təqdimatda 2026-cı il üçün vergi yükünün optimallaşdırılması, inzibatçılığın sadələşdirilməsi və büdcə sisteminin dayanıqlığının artırılması məqsədilə planlaşdırılan dəyişikliklər barədə də geniş məlumat verilib.

2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində vergi və sosial sığorta qanunvericiliyinə dəyişikliklər Layihəsi

Əlaqəli Xəbərlər