Çin "Fujian" təyyarədaşıyan gəmisini istismara verib

Çin yeni təyyarədaşıyan “Fujian” gəmisini istifadəyə verib.
Operativ Media xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.
Gəmi Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin (PLA) tərkibinə daxil edilib.
Tədbir Haynan əyalətinin cənubundakı Sanya hərbi-dəniz bazasında keçirilib. Mərkəzi Hərbi Komissiyanın sədri, Çin Xalq Respublikasının Sədri Si Cinpin tədbirdə iştirak edib. “Fujian” daşıyıcı əsaslı döyüş təyyarələrinin buraxılması üçün elektromaqnit katapult sistemi ilə təchiz edilmiş ilk Çin təyyarədaşıyan gəmisidir. Bu qurğunun uğurlu sınaqları daha əvvəl həyata keçirilib.
Gəmi J-15T, J-35 və KJ-600 kimi təyyarələri daşımaq qabiliyyətinə malikdir. Onun milli müdafiə məqsədləri üçün müntəzəm şəkildə istifadə olunması planlaşdırılır.
Hazırda Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin istifadəsində “Fujian”la yanaşı daha iki təyyarədaşıyan gəmi var. Birincisi — “Liaoning” — Ukraynadan alınmış yarımçıq sovet aviadaşıyıcısı “Varyaq”ın bazasında inşa edilib. İkincisi isə “Şandunq” gəmisi “Liaoning”in bazasında Çin tərəfindən müstəqil şəkildə tikilib. Hər iki gəmi adi hərəkət sistemi ilə təchiz olunub.