Paşinyan hərbi müşavirə keçirib
Operativ Media
Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində Ermənistan Silahlı Qüvvələrinin rəhbər heyəti ilə görüş keçirib.
Operativ Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə ordunun davamlı şəkildə yenilənməsi və bu istiqamətdə atılan addımlar müzakirə olunub.
Paşinyan bildirib ki, ordunun modernləşdirilməsi ölkə üçün prioritetdir və bu sahədə ardıcıl işlər aparılmalıdır. Toplantıda həmçinin Silahlı Qüvvələrin inkişaf strategiyası, yeni təhlükəsizlik mühiti, idarəetmənin təkmilləşdirilməsi, insan resurslarının inkişafı və digər məsələlərə toxunulub.