Menyu

Kriştiano Ronaldo Ağ Evdə tədbirə qatılıb

Əziz Əzizli
Kriştiano Ronaldo Ağ Evdə tədbirə qatılıb

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldu ABŞ prezidentinin Ağ Evdə təşkil etdiyi rəsmi ziyafətin xüsusi qonaqlarından biri olub.

Operativ Media  xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Ziyafət Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-a səfəri münasibətilə təşkil edilib. Mənbənin məlumatına görə, Ronaldo tədbir zamanı ABŞ prezidenti Donald Trampın ailəsi ilə tanış olub.

Tramp bildirib ki, 19 yaşlı oğlu Berron uzun müddətdir Ronaldonun böyük heyrandır və ulduz futbolçu ilə tanışlıq onu çox sevindirib:

“Berron və Kriştiano tanış oldular. Görünür, indi Berron atasına daha çox hörmət edir, çünki onları mən tanış etdirdim”, – deyə Prezident Trampın sözlərini ESPN qeyd edib.

Tədbirdə FIFA prezidenti Canni İnfantino, Amazonun qurucusu Ceff Bezos və iş adamı İlon Mask da iştirak ediblər.

Əlaqəli Xəbərlər