Qarsiya: "Türkiyə millisi əks-hücumda bizə çox problem yaratdı"
Operativ Media
Dünya Çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə millisi səfərdə İspaniya ilə 2-2 hesablı heç-heçə edib.
Operativ Media xəbər verir ki, İspaniya millisinin yarımmüdafiəçisi Aleks Qarsiya UEFA-nın rəsmi saytına oyun haqda fikirlərini bölüşüb
"Biz bilirdik ki, demək olar ki, bitib. Bu, ən dinamik oyun deyildi və top sadəcə içəri girmək istəmirdi. Görüntüləri izləmək və hər şeyi düzgün təhlil etmək lazımdır. Türkiyə millisi əks-hücumda bizə çoxlu problemlər yaratdılar".
İspaniya 16 xal toplayıb və E qrupunun birinci komandası kimi DÇ-2026-ya vəsiqə qazanıb. Türkiyə ikinci pillədə qərarlaşıb (13 xal) və pley-offda çıxış edəcək.