Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açılıb
Operativ Media
Ukraynanın Azərbaycandakı səfirliyi elektron formada matəm kitabı açıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev “X”də pyalaşım edib.
Matəm kitabı noyabrın 19-da Rusiyanın Ukraynanın Ternopol şəhərinə zərbələri nəticəsində həlak olanların xatirəsinin anılması üçün açılıb.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Ternopol şəhərini atəş tutması nəticəsində üçü uşaq olmaqla 25 nəfər həlak olub. Hadisə nəticəsində 73 nəfər, o cümlədən 15 uşaq isə yaralanıb.