Nikol Paşinyan Qazaxıstana səfər edib - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük rəsmi səfər çərçivəsində Qazaxıstanın paytaxtı Astanaya gəlib.
Operativ Media xəbər verir ki, səfərdə onu baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, ali təhsil və elm naziri Janna Andreasyan müşayiət edir.
Ermənistan liderinin təyyarəsi bir neçə dəqiqə əvvəl Astananın Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına enib.
Nikol Paşinyanla Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev arasında görüş noyabrın 21-də Qazaxıstan prezidentinin iqamətgahı – Akorda sarayında keçiriləcək.
Əvvəlcə Paşinyan və Tokayev arasında təkbətək görüş, daha sonra isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.
Rəsmi səfər zamanı sənədlərin mübadiləsi də nəzərdə tutulub.
Paşinyan və Tokayev media nümayəndələri üçün birgə bəyanatla çıxış edəcəklər.
Sabah Nikol Paşinyanın Qazaxıstanın baş naziri Oljas Bektenovla da görüşü planlaşdırılır.
Ermənistan liderinin Astana səfərinin gündəliyinə Qazaxıstan parlamentinin Məclis sədri Yerlan Koşanovla görüş də daxildir.
Nikol Paşinyan Astanada Qazaxıstan Milli Muzeyini və Astana Ekspo Beynəlxalq Süni İntellekt Mərkəzini də ziyarət edəcək.
***
12:46
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Qazaxıstana səfər edəcək.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Xatırladaq ki, Nikol Paşinyanın səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq və noyabrın 21-dək davam edəcək.