Ana səhifə / Slayder / Emin Əmrullayev: İmtahanı uğurla verən müəllimlər tam ştata keçə bilər Emin Əmrullayev: İmtahanı uğurla verən müəllimlər tam ştata keçə bilər 20.11.2025, 22:27 Operativ Media İmtahanı uğurla verən müəllimlər tam ştata keçə bilər.Operativ Media xəbər verir ki, bunu İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında Elm və təhsil naziri Emin Əmrullayev bildirib.Nazir vurğulayıb ki, bu mərhələli sistem çərçivəsində ilk mərhələdə təxminən 2 min, sonrakı illərdə isə 20 min müəllim bu statusa keçə bilər.Tam ştat statusu olan müəllimlərin əməliyyat göstəriciləri orta səviyyədən iki dəfə yüksək olacaq.E. Əmrullayev əlavə edib ki, bu addım müəllimləri həvəsləndirəcək və təhsil sistemində keyfiyyət dəyişikliklərinin başlanmasına şərait yaradacaq.