Menyu

Şair Arif Buzovnalı vəfat edib

Operativ Media
Şair Arif Buzovnalı vəfat edib
1 dəq oxu

Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.

Operativ Media xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə yazıblar.

O bu səhər yaşadığı evdə dünyasını dəyişib.

Arif Buzovnalı 6 sentyabr 1972-ci il tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib.

Onun yeddi kitabı işıq üzü görüb, müxtəlif almanaxlarda əsərləri yer alıb.

Ömər Xəyyam, Sergey Yesenin və Leyla Əliyevadan tərcümələri var.

2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əlaqəli Xəbərlər