Menyu

Bişkekdə KTMT-nin iclası işə başlayıb

Şəfa Hüseynli
Bişkekdə KTMT-nin  iclası işə başlayıb

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov KTMT Kollektiv Təhlükəsizlik Şurasının sonuncu sessiyasında iştirak etmək üçün Bişkekdəki “İntımak-Ordo” inzibati kompleksində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarını qarşılayıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV- ləri məlumat yayıb.

Qarşılanma mərasimindən sonra liderlər birgə xatirə şəkli çəkdiriblər.

KTMT altı üzv dövlətdən: Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan ibarət regional təhlükəsizlik təşkilatıdır. Təşkilat əsas diqqəti kollektiv müdafiə, hərbi əməkdaşlıq, birgə təlimlər, böhrana reaksiya və regional təhlükəsizliyin təmin edilməsi üçün əlaqələndirilmiş tədbirlərə yönəldir.


Fotogalereya

Əlaqəli Xəbərlər