"Mançester Yunayted" konqolu futbolçu ilə maraqlanır
Operativ Media

“Mançester Yunayted” transfer planlarına “Sanderlend”in və Konqo millisinin üzvü Noa Sadikini də əlavə edib.
Operativ Media-nın məlumatına görə, bu barədə “Give Me Sport” nəşri xəbər yayıb.
Məlumata əsasən, “qırmızı şeytanlar” 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün barter variantını nəzərdən keçirir. Belə ki, Mançester klubu Sadikinin transferi qarşılığında Manuel Uqarteni “Sanderlend”ə göndərməyə hazırdır.
Xatırladaq ki, Noa Sadikinin hazırkı klubu ilə müqavilə müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. Konqo millisinin futbolçusunun “Transfermarkt” saytındakı bazar dəyəri isə 25 milyon avro olaraq göstərilir.