Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılacaq
Operativ Media
Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində keçiriləcək tədbirlər vasitəsilə tanıdılacaq.
Operativ Media xəbər verir ki, 27 noyabr-4 dekabr tarixlərində keçiriləcək tədbirlər Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Məqsəd Azərbaycan şərablarının Çin bazarında tanıdılması, ölkəmizin ixrac potensialının artırılması və bazara çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir.