Azərbaycanlı deputatlar Qırğızıstanda parlament seçkilərini müşahidə edəcəklər
Operativ Media
Milli Məclisin (MM) deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğızıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.
Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.
Tural Gəncəliyev ATƏT PA-nın, Cavanşir Feyziyev TÜRKPA-nın, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.