KTMT-nin yeni baş katibi müəyyənləşib
Şəfa Hüseynli

Bu gün Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sammiti keçirilib.
Operativ Media xəbər verir ki, iclasda Qırğızıstan Respublikasının nümayəndəsi Taalatbek Masadykov-un 2026-cı il yanvarın 1-dən 3 il müddətinə KTMT-nin baş katibi təyin edilməsi barədə qərar təsdiq edilib.
Qeyd edək ki, KTMT-nin əvvəlki baş katibi İmanqali Tasmaqambetov idi.
Tədbirin yekununda Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi qəbul edilib, bütün üzv dövlətlərin maraqları naminə kollektiv təhlükəsizlik sisteminin daha da hərtərəfli təkmilləşdirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.