Menyu

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası Moskvada keçiriləcək

Şəfa Hüseynli
KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası Moskvada keçiriləcək

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası 2026-cı il noyabrın 11-də Moskvada keçiriləcək.

Operativ Media xəbər verir ki, qəbul edilmiş prosedura uyğun olaraq, KTMT-yə sədrlik 2026-cı ilin yanvarında Rusiya Federasiyasına keçəcək.

KTMT altı üzv dövlətdən: Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan ibarət regional təhlükəsizlik təşkilatıdır. Təşkilat əsas diqqəti kollektiv müdafiə, hərbi əməkdaşlıq, birgə təlimlər, böhrana reaksiya və regional təhlükəsizliyin təmin edilməsi üçün əlaqələndirilmiş tədbirlərə yönəldir.


Əlaqəli Xəbərlər