Hakan Fidan sabah Almaniyaya səfər edəcək
Operativ Media

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 28-də Almaniyaya səfər edəcək.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, o, səfər zamanı Ukrayna və Qəzza zolağındakı vəziyyəti müzakirə etmək niyyətindədir.
"Xarici işlər naziri Hakan Fidan Almaniyanın xarici işlər naziri Yohan Vadefulun dəvəti ilə 28 noyabr 2025-ci il tarixində Almaniyaya səfər edəcək. Danışıqlar zamanı o, Türkiyənin bütün tərəflər üçün məqbul olan ədalətli və davamlı sülhün bərqərar olması yolu ilə Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün göstərdiyi səyləri vurğulamaq niyyətindədir və bu istiqamətdə atdığı son addımları dəstəkləməyə hazır olduğunu təsdiqləyəcək", - məlumatda deyilir.