Menyu

Merz Trampı Cənubi Afrikanı G20-yə dəvət etməmək qərarından döndərməyə çalışacaq

Operativ Media
Merz Trampı Cənubi Afrikanı G20-yə dəvət etməmək qərarından döndərməyə çalışacaq

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampı Cənubi Afrikanı 2026-cı ildə Floridada keçiriləcək G20 sammitinə dəvət etməmək qərarından əl çəkməyə çalışacağını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə o, Berlində Estoniyanın baş naziri Kristen Mixal ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Merz “Amerika hökumətinin keçən həftənin sonunda Yohannesburqda keçirilən [G20 sammitində] iştirak etməməsindən təəssüfləndiyini” deyərək, ABŞ administrasiyasının bununla “dünyanın getdikcə daha çox əhəmiyyət kəsb edən regionunda təsir imkanlarından imtina etdiyini” qeyd edib.

O vurğulayıb: “Mən çalışacağam ki, Amerika prezidenti ilə danışıqlarım və görüşlərim zamanı, ABŞ-da keçiriləcək G20 toplantısından əvvəl, hər kəsi inandırım ki, bütün G20 üzvlərini Amerikaya dəvət etmək yaxşı fikirdir. Çünki bu format hazırda dünyada mövcud olan ən mühüm çoxtərəfli platformalardan biridir”. Merz əlavə edib ki, “G7 və G20 ehtiyac olmadıqca əvvəlkindən daha aşağı səviyyəyə endirilməməlidir”.

Noyabrın 26-da Donald Tramp Truth Social platformasında Floridada “Cənubi Afrikanın 2026-cı ildə G20-yə dəvət edilməyəcəyini” bəyan edib. ABŞ prezidenti Cənubi Afrikanın G20 üzvlüyünə toxunaraq, “Cənubi Afrikanın artıq bu üzvlüyə layiq ölkə olmadığını dünyaya nümayiş etdirdiyini” iddia edib.

ABŞ noyabrın 22–23-də Yohannesburqda Cənubi Afrikanın sədrliyi ilə keçirilən G20 sammitini gündəmlə razılaşmadığı üçün boykot edib. ABŞ-nin G20-yə sədrliyi bu il dekabrın 1-dən başlayır və 12 ay davam edəcək. Donald Tramp G20 sammitinin 2026-cı ildə Floridada keçiriləcəyini açıqlayıb.

Əlaqəli Xəbərlər