Menyu

ABŞ-də atışmada yaralanan Milli Qvardiyanın hərbçisi ölüb

Operativ Media
ABŞ-də atışmada yaralanan Milli Qvardiyanın hərbçisi ölüb

Vaşinqtonda atışma zamanı yaralanan Milli Qvardiyanın hərbçisi ölüb.

Operativ Media-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp hərbçilərə təşəkkür günü müraciətində bildirib.

"Təəssüf ki, Qərbi Virciniyadan olan Sara Bekstromun öldüyünü indicə öyrəndim. Digər gənc (yaralı - red.) isə həyatı üçün mübarizə aparır", - o deyib.

Qeyd edək ki, Ağ Evin yaxınlığında Milli Qvardiyanın iki əsgəri güllələnib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun 2021-ci ildə ABŞ-a daxil olmuş Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanval olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları hadisəni beynəlxalq terror aktı kimi qiymətləndirməyə çalışır.

Əlaqəli Xəbərlər