Menyu

Özbəkistanda elektron siqaretlərin dövriyyəsi qadağan edilib

Operativ Media
Özbəkistanda elektron siqaretlərin dövriyyəsi qadağan edilib

Prezident Şavkat Mirziyoyev Özbəkistanda elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsinə dair qanunu imzalayıb. Qanunun pozulmasına görə beş ilədək azadlıqdan məhrumetmə daxil olmaqla cinayət məsuliyyəti nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Qanuna əsasən, elektron siqaretlərin və onlar üçün nəzərdə tutulan mayelərin əldə edilməsi, saxlanılması, daşınması, ötürülməsi, istehsalı, Özbəkistana idxalı və ya ölkədən ixracı qadağandır. Qanunu əhəmiyyətli miqdarda pozma və ya əvvəlcədən inzibati tənbeh tətbiq edildikdən sonra təkrar törətmə hallarında 300-dən 500-dək baza hesablaması miqdarında cərimə (10,3 min ABŞ dollarından 17,2 min ABŞ dollarına qədər), yaxud iki-üç il müddətinə islah işləri, eləcə də üç-beş il müddətinə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

“Eyni zamanda, göstərilən əməlləri törədən şəxs öz günahını etiraf edərək dövlət orqanlarına məlumat verdiyi və dövriyyəsi qadağan olunmuş məhsulları təhvil verdiyi halda məsuliyyətdən azad edilir”, – deyə nazirliyin Telegram kanalında yerləşdirilən məlumatda qeyd olunur.

Əlaqəli Xəbərlər