Ana səhifə / İdman / Bu gün Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxacaq Bu gün Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxacaq 29.11.2025, 10:27 Operativ Media Bu gün Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.Operativ Media xəbər verir ki, yarışın ikinci günündə Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq.O, 1/16 finalda Adil Osmanov (Moldova) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.Eyni çəkidə yarışan digər təmsilçimiz Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla münaqsibətlərinə aydınlıq gətirəcək.Turnirin final bloku Bakı vaxtı ilə saat 17:00-dan etibarən başlayır.Qeyd edək ki, təmsilçilərimiz yarışın ilk gününü medalsız başa vurublar.