Menyu

Nəqliyyat vasitəsini narkotikin təsiri altında sürən sürücü saxlanılıb

Operativ Media
Nəqliyyat vasitəsini narkotikin təsiri altında sürən sürücü saxlanılıb

Bakıda yol polislərinin keçirdiyi profilaktik yoxlamalar zamanı "Ukrayna dairəsi" yaxınlığında nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, həmçinin, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.

Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər.

Əlaqəli Xəbərlər