Menyu

Dubayda avtomobil yolu olan nəhəng ticarət mərkəzi tikiləcək

Şəfa Hüseynli
Dubayda avtomobil yolu olan nəhəng ticarət mərkəzi tikiləcək

"Dubai Square Mall" elektrikli avtomobil infrastrukturu ilə dünyanın ən böyük ticarət mərkəzi olacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Gulf News" məlumat yayıb.

Bildirilib ki, tikintinin üç il ərzində başa çatdırılması planlaşdırılır.

Kompleksin sahəsi (2,6 milyon kvadratmetr) "Downtown Dubai"-dən üç dəfə böyük olacaq. "Dubai Square Mall" böyük ticarət mərkəzi olmaqla yanaşı, həm də ziyarətçilərin elektrik avtomobilləri ilə yollarda hərəkət edə biləcəkləri “qapalı şəhər” rolunu oynayacaq.

Layihə 180 milyard AED dəyərində qiymətləndirilir.

Tikintidə pərakəndə satıcıların və ziyarətçilərin ehtiyaclarını təxmin etmək üçün qabaqcıl rəqəmsal sistemlərdən və süni intellektə əsaslanan dizayn alətlərindən istifadə ediləcək.

Əlaqəli Xəbərlər