Menyu

Vanda İranın yeni baş konsulluğu açılacaq - YENİLƏNİB

Operativ Media
Vanda İranın yeni baş konsulluğu açılacaq - YENİLƏNİB

Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın XİN rəhbəri Abbas Arakçı arasında görüş baş tutub.

Operativ Media xəbər verir ki, nazirlər birgə azad iqtisadi zonaların yaradılması və yeni sərhəd keçidinin aktivləşdirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıblar.

İran Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilib ki, tezliklə Van şəhərində İranın yeni baş konsulluğu açılacaq.

Belə ki, konsulluq xidmətlər göstərməklə yanaşı, sərhəd əyalətləri arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

Vurğulanıb ki, Əraqçı və Fidan, Fələstin məsələsi və Qəzza zolağındakı vəziyyət də daxil olmaqla, regional məsələləri ətraflı müzakirə ediblər.

Onlar Fələstin anklavında hərbi əməliyyatlara son qoymaq üçün birgə əməkdaşlığın zəruriliyini vurğulayıblar.

14:15

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün səhər saatlarında İrana rəsmi səfər edib.

Operativ Media xəbər verir ki, səfər çərçivəsində o, Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Fidan səfər zamanı digər yüksək rütbəli İran rəsmiləri ilə də danışıqlar aparacaq.

Görüşlərdə iki ölkə arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq proseslər, eləcə də təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Əlaqəli Xəbərlər