Rizvan Nəbiyev APA-nın iclasında iştirak etmək üçün İrana səfər edəcək
Operativ Media
Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 2-də bu təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün İran İslam Respublikasının Məşhəd şəhərinə səfər edəcək.
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, millət vəkili səfər çərçivəsində “Demokratiya yolu ilə harmonik inkişaf”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması” və digər mövzuları əhatə edən qətnamə layihələrinin müzakirəsində iştirak və çıxış edəcək.