Türkiyə millisinin sabiq üzvü terror təşkilatına üzv olmaqda şübhəli bilinərək həbs edilib
Əziz Əzizli
Futbol üzrə Türkiyə milli komandasının sabiq futbolçusu Yusuf Atay “İslam Dövləti” terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs edilib.
Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu sorğu-sualdan sonra həbs edilib. Bildirilir ki, onun telefonunda “İslam Dövləti” terror təşkilatına üzv olduğuna dair sübutlar tapılıb.
Sosial şəbəkələrdəki paylaşımlara görə polis futbolçudan şübhələnməyə başlayıb. Yusuf Atay ABŞ-də 11 sentyabr terror aktları ilə bağlı xəbərin altında bu hərəkətin "sənət əsəri" olduğunu yazıb.