Hollandiya Ukraynaya sursat və hava hücumundan müdafiə üçün 250 milyon avro ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Hollandiyanın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans məlumat verib.
“Bu gün mən Ukraynaya 250 milyon avronun ayrıldığını elan edirəm. Bu, çox qısa müddətdə ABŞ ehtiyatlarından daha çox hava hücumundan müdafiə sursatları, həmçinin F-16-lar üçün sursat və digər materiallar əldə etməyin yeganə yoludur”, – o bildirib.