Alen Simonyan və Yunanıstanın XİN rəhbəri TRİPP layihəsini müzakirə ediblər
Şəfa Hüseynli
Ermənistanın Milli Assambleyasının sədri Alen Simonyan və Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesi və regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər. Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) layihəsi və Sülhün kəsişməsi proqramına ayrıca diqqət yetirilib.