Menyu

Ərdoğan: Ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir

Operativ Media
Ərdoğan: Ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə "Kairos" və "Virat" tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.

"Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. Biz öz zonamızda naviqasiyanın təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Biz də müharibənin dayandırılmasına yönəlmiş son hadisələri diqqətlə izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu ifadə etmişik", - o bildirib.

Xatırladaq ki, hər iki tanker noyabrın 29-da Qara dənizdə zədə alıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər