Menyu

Kolumbiya prezidenti Venesuelaya hava səfərlərinin tam bərpası barədə göstəriş verib

Operativ Media
Kolumbiya prezidenti Venesuelaya hava səfərlərinin tam bərpası barədə göstəriş verib

ABŞ prezidenti Donald Trampın hava məkanının bağlanacağı ilə bağlı açıqlamasına baxmayaraq, Kolumbiya ilə Venesuela arasında hava nəqliyyatı tam bərpa edilməlidir.

Operativ Media xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro bildirib.

“ABŞ-nin Venesuelanın hava məkanını bağlamağa haqqı yoxdur. Onlar yalnız öz aviaşirkətlərinə qadağa qoya bilərlər, lakin xarici şirkətlərə belə bir qadağa tətbiq edə bilməzlər. Kolumbiya Venesuelaya mülki hava nəqliyyatını bərpa edir və dünyanın qalan hissəsini də eyni addımı atmağa çağırır”, – o, X-də yazıb.

Bundan əvvəl Kolumbiyanın ən böyük aviaşirkəti "Avianca" və "Latam Airlines"ın yerli törəmə şirkəti Venesuelaya uçuşları dayandırmışdı.

Noyabrın 29-da ABŞ prezidenti bəyan edib ki, bütün aviaşirkətlər Venesuela üzərində və ətrafındakı hava məkanını “tamamilə bağlı” hesab etməlidirlər. Amerika mediası isə dəfələrlə yazıb ki, Birləşmiş Ştatlar yaxın vaxtlarda respublika ərazisinə hava zərbələri endirməyə başlaya bilər.

Əlaqəli Xəbərlər