Menyu

KİV: BMT Livandakı sülhməramlı qüvvələrini 25% ixtisar edib

Operativ Media
KİV: BMT Livandakı sülhməramlı qüvvələrini 25% ixtisar edib

BMT Livandakı sülhməramlılarının sayını azaltmağa başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “İzvestiya”ya BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sözçüsü Kendis Ərbil məlumat verib.

“BMT sistemində büdcənin kəsilməsi nəticəsində UNIFIL öz personalını təxminən dörddə bir azaltmaq prosesinə başlayıb. Biz artıq bu prosesə start vermişik və onun 2026-cı ilin əvvəlində başa çatdırılması gözlənilir”, – deyə Ərbil izah edib.

Qəzet, BMT-nin məlumatlarına istinad edərək yazır ki, 20 noyabr 2025-ci il tarixinə kontingentin sayı 9 900 nəfər təşkil edib. Halbuki əvvəlki dövrlərdə UNIFIL missiyasının şəxsi heyəti 10 500 hərbçidən ibarət olub.

Mətbuat katibi vurğulayıb ki, son bir il ərzində sülhməramlılar fəaliyyət göstərdikləri ərazilərdə Hizbullah və digər qeyri-dövlət silahlı qruplarının hər hansı hərbi fəallığını müşahidə etməyiblər. Onun sözlərinə görə, icazəsiz hərbi infrastrukturun bərpası və ya icazəsiz silahların yenidən tətbiqi faktına rast gəlinməyib.

Avqustun sonunda BMT Təhlükəsizlik Şurası UNIFIL-in mandatını 31 dekabr 2026-cı ilədək uzadıb və həmin tarixdən bir il ərzində şəxsi heyətin nizamlı və təhlükəsiz şəkildə çıxarılmasına başlanması barədə qərar qəbul edib.

Əlaqəli Xəbərlər