Menyu

Hakan Fidan NATO-nun iclasında Ukraynadakı münaqişəyə son qoyulması zərurətindən danışacaq

Operativ Media
Hakan Fidan NATO-nun iclasında Ukraynadakı münaqişəyə son qoyulması zərurətindən danışacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 3-də Brüsseldə keçiriləcək NATO nazirlərinin toplantısında və NATO-Ukrayna Şurasının iclasında iştirak edəcək.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat verib.

Nazir Fidan Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması, ədalətli və davamlı sülh üçün şərait yaradılması zərurətindən danışmağı və münaqişə ilə bağlı son hadisələrlə bağlı fikirlərini bildirməyi planlaşdırır. O, Türkiyənin sülh prosesinə hər cür töhfə verməyə hazır olduğunu vurğulayacaq.

Bildirilib ki, Türkiyə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edəcək.

Əlaqəli Xəbərlər